SON XƏBƏRLƏR
27 May 2019
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
İmişlidə yeni doğulan körpə ölüb - "Körpə həkim səhlənkarlığından dünyasını dəyişib"
CƏMİYYƏT 10:40 / 22.04.2019

İmişli rayonunda yeni doğulmuş körpə ölüb.

Hadisə aprelin 20-də baş verib.

Şəhər sakini Mürsəlov Mirəziz Mirağa oğlu İmişli Rayon Polis Şöbəsinə məlumat verərək bildirib ki, həmin gün yeni doğulmuş nəvəsi ölüb.

Şikayətçi iddia edib ki, yeni doğulan körpə həkim səhlənkarlığından dünyasını dəyişib.

Faktla bağlı aparılan araşdırma zamanı məlum olub ki, İmişli şəhəri, S.Əsədov küçəsi 35 ünvanında yaşayan Mürsəlova Nurdan Telman qızı aprelin 20-də qeysəriyyə əməliyyatı olunub, doğulmuş qız övladının vəziyyəti ağırlaşdığından körpə Sabirabad Perinatal Mərkəzə göndərilsə də, orada ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Trend)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.