SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
Qızların Azərbaycan himnini oxuması bütün zalı AYAĞA QALDIRDI - QÜRURVERİCİ ANLAR/VİDEO
CƏMİYYƏT 13:11 / 22.04.2019

Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy” beynəlxalq turnirində qalib gələn yığma komandamızın Azərbaycan himnini ifa etməsinin görüntüləri yayılıb.

Kult.az xəbər verir ki, himnin musiqisi başlayandan qısa müddət sonra himnin səsləndirilməsi dayandırılıb. Çünki komanda üzvləri ilə yanaşı bütün zal himnimizi ifa etməyə başlayıb və musiqinin dayandırılması ilə qızlarımızın himn ifasının gözəlliyi nümayiş etdirilib.

Xatırladaq ki, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət komandamız beş halqa ilə hərəkətlərdə 21.500 xal toplayaraq turnirin baş mükafatını qazanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.