SON XƏBƏRLƏR
27 May 2019
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş müsabiqənin açılış mərasimi keçirildi - FOTO
CƏMİYYƏT 19:47 / 22.04.2019
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) birlikdə keçirdikləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsinin açılışı keçirilib.

Mərkəzdən  verilən məlumata görə, tədbir ADMİU və ADPU tələbələrinin birləşmiş xorunun ifasında Azərbaycanın Dövlət Himni ilə başlanıb.

Mərasimi açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova və ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək qeyd ediblər ki, müsabiqənin əsas məqsədi dərin və hərtərəfli biliyə malik, yüksək səviyyəli, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı vətənpərvər və milli ruhlu gənc pedaqoji kadrların hazırlanmasıdır. Onlar müsabiqə iştirakçılarını əlamətdar hadisə münasibəti ilə təbrik edib, hər iki təhsil ocağının tələbələrinə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra təqdim edilən konsert proqramında tələbələrin ifasında Q.Qarayevin "İldırımlı yollarla” baletindən "Ehtiraslı qızın rəqsi”, A.Piazollanın "Libertanqo”, E.Sabitoğlunun "Dədə Qorqud” suitası, V.Mustafazadənin "Tam tənha”, "Yollar”, H.Vəkilovun "Şırırığı”, Ü.Hacıbəylinin "Koroğlu”operasından "Şikəstə”, Niyazinin "Arzu”, N.Mirməmmədlinin "Bakı”, T.Quliyevin "Qaytağı”, O.Kazıminin "Uca dağlar” mahnıları səslənib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.