SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Varlı kişini ələ keçirmək istəyən 32 yaşlı qadından ağlasığmaz HƏRƏKƏT - FOTOLAR
CƏMİYYƏT 04:04 / 23.04.2019

Ceklayn Ades adlı 32 yaşlı amerikalı qadın 2017-ci ildə yalnız varlı kişilərin istifadə edə bildiyi bir tanışlıq proqramından istifadə etməyə başlayıb.

Xəbər veririk ki, burada varlı və evli bir kişi ilə tanış olan qadın daha sonra onun kabusuna çevrilib.

Ades həmin kişiyə 10 ayda 159 min ədəd mesaj yazıb. Bu mesajların içində "sənin böyrəyindən suşi hazırlayacam” kimi təhdidlər də olub. Bununla kifayətlənməyən qadın həmin kişinin evinə zorla daxil olub. Həmin vaxtda ölkə xaricində olan kişi Adesin evinə zorla girdiyi haqqında polisə müraciət edib. Polis qadını evin hamamından tapıb. Hadisə ilə bağlı məhkəmə işi açılıb, amma qadın məhkəməyə getməyib.

İndi isə Ades 10 aydır ki, əl çəkmədiyi həmin kişini məhkəməyə verməyə hazırlaşır. 32 yaşlı qadın ümid edir ki, məhkəmə varlı kişini onunla evlənmək məcburiyyətində qoyacaq.

Tibbi ekspertizada qadının psixoloji xəstəliyinin olduğu aşkarlanıb.

Zümrüd


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.