SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Səslərin hesablanması zamanı yorğunluqdan azı 91 nəfər ölüb
DÜNYA 09:45 / 23.04.2019
İndoneziyada seçkilərdən sonra səslərin hesablanması zamanı yorğunluqdan azı 91 nəfər ölüb.

AZƏRTAC Tempo portalına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Arif Budiman məlumat yayıb.

"Aprelin 17-də bütün ölkədə keçirilən seçkilərdən sonra səslərin hesablanması zamanı seçki komissiyalarının 91 üzvü ölüb, 374 nəfər isə xəstəxanaya aparılıb”, - deyə A.Budiman bildirib. O qeyd edib ki, bir çox yerlərdə iş günü səhər saat 5-də başlayıb və təqribən bir sutka sonra başa çatıb.

İndoneziya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, aprelin 17-də keçirilən seçkilər dünyanın ən böyük seçkiləri olub. Həmin gün İndoneziyada seçicilər prezidentlə yanaşı, parlamentin iki palatasının və yerli qanunverici orqanların üzvlərini seçiblər. Mövcud 20 min yer uğrunda təqribən 240 min namizəd mübarizə aparıb. Seçici fəallığı ilə fərqlənən seçkilərdə 193 milyon seçicinin təqribən 80 faizi iştirak edib. Bütün ölkə üzrə 813 min seçki məntəqəsi fəaliyyət göstərib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.