SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Bakıda DƏHŞƏT: it qadını dişləyib sürüdü - TÜKÜRPƏDƏN VİDEO
HADİSƏ 18:42 / 25.04.2019

Bakıda qadın sahibli itin hücumuna məruz qalıb.

Publika.az Minval.info-ya istinadən xəbər verir ki, hadisə ötən ilin dekabr ayında Nobel prospektində NZS qəsəbəsinə gedən yolun üzərində baş verib.

Bu barədə zərərçəkmiş Xoşqədəm adlı xanım bildirir ki, aldığı xəsarətlərə görə itin sahibi ona maddi yardım etməyib.

"Elçin adlı şəxsin iti mənə hücum etdi. Əvvəlcə, müalicələrim üçün 180 manat köməklik göstərdi. Sonra nə qədər telefonuna zəng vursam da, onu axtarsam da müxtəlif bəhanələr gətirirdi. Allahımıza and olsun, həkimə getməyə pulumuz yoxuydu. Qohumlar müalicə almağıma kömək etdi” – İtin hücumuna məruz qalan xanım deyir.

Şikayətçi bildirir ki, evə getdikdən sonra Elçinin mobil telefonuyla özünü Mirağa kimi təqdim edən şəxs ona zəng edib: "O, mənə hədə-qorxu gəldi, təhqir etməyə başladı. Deyirdi, "mən onun yiyəsiyəm, Mirağayam Saatlıdan. İtdir də, olub da, qəsdən üstünə cumdurmayıb ki…” Ən ağır söyüşlərlə ailəmi və məni təhqir etdi. Qohumlarıma zəng vurdum, polisə də müraciət etmişəm”.

Xoşqədəm xanımın redaksiyamıza təqdim etdiyi videodan aydın görmək olur ki, orta yaşlı kişinin köməyi ilə itin hücumundan qurtula bilib. Lakin o, hadisə nəticəsində ciddi xəsarətlər alıb. Xoşqədəm xanım itin sahibinin və onu təhdid edən şəxsin məsuliyyətə cəlb olunmasını istəyir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.