SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Liderlərin ilk təkbətək görüşü başa çatdı
SİYASƏT 17:49 / 25.04.2019

Rusiya Prezidenti Vladimir Putin ilə Koreya Xalq demokratik Respublikasının lideri Kim Çen In arasında Vladivostokda keçirilən ilk görüş başa çatıb.

Publika.az 
xəbər verir ki, liderlər 3,5 saat müzakirə aparıb.

Bu müddətin 2 saatını təkbətək görüş təşkil edib.

***

Rusiyanın Vladivostok şəhərində Rusiya prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında danışıqlar başlanıb.

Publika.az xəbər verir ki, bu, dövlət başçılarının ilk təkbətək görüşüdür.

Putin Kim Çeni Şimali Koreyada yenidən ən yüksək posta seçilməsi münasibətiylə təbrik edib və onunla görüşə görə məmnun olduğunu deyib. Rusiya liderinin sözlərinə görə, o əmindir ki, səfər münasibətlərin inkişafına xidmət edəcək və nüvə probleminin nizama salınmasına kömək göstərəcək.

Rusiya dövlətinin başçısı Şimali Koreyanın nüvə probleminin həlli və ABŞ-la dialoqun normallaşması üzrə Kim Çen Inın səylərini alqışlayıb.

Öz növbəsində, Şimali Koreya lideri Putinə bildirib ki, onunla Koreya yarımadasında vəziyyət üzrə fikir mübadiləsi edəcəyinə ümid edir. O ümid etdiyini bildirib ki, Rusiya prezidenti ilə danışıqlar məzmunlu olacaq.

Qeyd edək ki, danışıqlar Uzaq Şərq Federal Universitetinin şəhərciyində keçirilir. Təkbətək görüşdən sonra danışıqlar iki ölkənin nümayəndə heyətlərinin iştirakıyla genişləndirilmiş formatda davam edəcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.