SON XƏBƏRLƏR
20 Iyun 2019
19 Iyun 2019
18 Iyun 2019
17 Iyun 2019
15 Iyun 2019
Bakıda bağban qətl törətdi - Polisə zəng edib “narahat olmayın” dedi
KRİMİNAL 18:12 / 29.04.2019

Ötən həftə Bakının Xəzər rayonunda xüsusi qəddarlıqla törədilmiş qətl hadisəsi qeydə alınıb.

XəzərXəbər-ə bu haqda Xəzər rayon prokurorluğundan məlumat verilib.

Aprelin 29-da Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçin meyiti aşkarlanıb. Meyitin üzərində çoxsaylı kəsilmiş-deşilmişyaralar olub.

Qurbanı telefon zəngindən sonra aşkarlamaq mümkün olub.

46 yaşlı bağban İlyasov Ruslan Ənvər oğlupolisə zəng edərək, qətl törətdiyini bildirib.R.İlyasov polis əməkdaşlarının narahat olmamasını istəyib, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini vurğulayıb. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.

Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib. Qatilqurbanının bədənində salamat yer qoymayıb.

İlkin məlumata görə, Musayev başqa ərazidə yaşayır. Aprelin 28-də İlyasovun yanınaqonaq qismində gəlib. Münaqişənin qısqanclıq zəminində meydana gəldiyi ehtimal edilir. Ancaq qatil hələ saxlanılmadığından, bu variant tam təsdiqini tapmayıb.

Faktla bağlı cinayət işi açılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.