SON XƏBƏRLƏR
27 May 2019
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Anar Bağırov: Altı nəfər Vəkillər Kollegiyasından xaric olunub
CƏMİYYƏT 22:53 / 10.05.2019

2018-ci ildə altı vəkil Vəkillər Kollegiyasından xaric olunub.

Oxu.Az-məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, ötən il ərzində Vəkillər Kollegiyasına 500-dən çox şikayət daxil olub:

"Bu şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən daxil olub. Bəzən qərəzli məlumatlar yayılır ki, guya Azərbaycanda dövlət orqanlarının şikayəti əsasında vəkillərə qarşı təqib var, vəkillər xaric olunur. Qeyd edim ki, Vəkillər Kollegiyası hər hansı vəkili xaric etmək səlahiyyətinə malik deyil. Kollegiya bununla bağlı məhkəmədə yalnız iddia qaldırmaq səlahiyyətinə malikdir”. 

"İşdən azad olunan vəkillərdən beş nəfəri altı ay müddətdə üzrlü səbəb olmadan üzvlük haqqı ödəmədiyinə görə, bir nəfər vəkil isə vətəndaşın şikayəti əsasında xaric edilib. Yəni bir nəfər də olsa, vəkil dövlət orqanlarının şikayəti əsasında xaric edilməyib. Buna görə də yayılan məlumatlar yalandır”, - deyə Anar Bağırov qeyd edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.