SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Azərbaycanlılar Brüsseldə Prezidentə dəstək aksiyası keçirib
CƏMİYYƏT 12:40 / 14.05.2019

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib. 

Aksiyanın əsas təşkilatçısı Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir.

Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Aksiyada "Cənab Prezident, Avropaya xoş gəlmişsiniz!”, "Cənab Prezident, Sizi salamlayırıq!” və s kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.

Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər.

 



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.