SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
"Bu, Azərbaycanın uğuruna, inkişafına əngəl olmayacaq" - Əli Əhmədov
CƏMİYYƏT 21:49 / 14.05.2019

"Azərbaycana qarşı ciddi kampaniyanı aparanlar bir sıra bəhanələrdən istifadə edirlər. Ölkəmizə qarşı bu cür kampaniyaların aparılması ilk hal deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Britaniya Xarici İşlər Nazirliyi tərəfindən vətəndaşları üçün yaydığı tövsiyə ilə bağlı məsələni şərh edərkən bildirib.

Ə.Əhmədov bildirib ki, ölkəmizdə heç də siyasi kampaniya xarakteri daşımayan çox müxtəlif mötəbər tədbirlər, Avroviziya və digər idman tədbirləri keçirilərkən Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir: "Onlar bununla ölkəmizin imicinin üzərinə kölgə salmağa çalışır. Bu, ölkəmizin dünyada artan nüfuzunun, onun yerinin və əhəmiyyətinin bilavasitə nəticəsidir. Azərbaycanı sevməyən, bizə qarşı kampaniya aparan qüvvələr ölkəmizin nüfuzunun artmasından narahat olur və çirkin əməllərindən qalmırlar. Təbii ki, burada erməni lobbisinin çirkli fəaliyyətini qeyd etmək lazımdır. Onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşürlər və ölkəmizə qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlərdə var. Bu, Azərbaycanın uğuruna, inkişafına, müxtəlif tədbirlərin keçirilməsinə ev sahiblik etməsinə əngəl olmayacaq. Hər dəfə olduğu kimi mayın sonunda keçirilməsi planlaşdırılan idman tədbiri də yüksək səviyyədə keçiriləcək".

Ə. Əhmədov vurğulayıb ki, Azərbaycana gələn qonaqlar idman yarışında iştirak etməklə yanaşı, Bakının gözəlliklərindən həzz ala biləcəklər: "Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər. Bu tədbirə çox sayda insanların gəlməsi ilə ölkəmizə qarşı kampaniya aparanlara böyük zərbə vurulacaq. Ölkəmizin dəyərləri etiraf edilir və heç bir qarayaxma kampaniyası bu keyfiyyətləri azalda bilməyəcək”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.