SON XƏBƏRLƏR
27 May 2019
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa önəm verir - Əli Əhmədov
CƏMİYYƏT 17:13 / 14.05.2019

Azərbaycan Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edir. Biz bu əməkdaşlığa önəm veririk.

Publika.az xəbər verir ki, bu sözləri Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan bütün beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır: "Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bütün əməkdaşlıqlar zamanı ölkəmizin maraqlarının gözlənilməsi üstünlük təşkil edəcək. Azərbaycanın maraqları nəzərə alınacaq. Qanun çərçivəsində bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyimizdə heç bir problem yoxdur. Təbii ki, yalnız bir ölkə istisnadır. Azərbaycanın manefeyinə hörmətlə yanaşan bütün təşkilatlarla əməkdaşlıqda maraqlıyıq”.

Ə.Əhmədov onu da vurğulayıb ki, Avropa İttifaqı ilə imzalanması gözlənilən sazişlə bağlı danışıqlar aparılır: "Müzakirələr davam edir. Hər iki tərəfi qane edən saziş ortaya qoyulanda imzalanacaq”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.