SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Azərbaycanda ər evdən qaçan xanımını iş yerində öldürdü
CƏMİYYƏT 22:35 / 14.05.2019
Sumqayıt şəhərində əri tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib.

Mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində yerləşən mərkəzi bazarda 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib. Onların ikisi də xəstəxanaya yerləşdiriliblər.

Lakin G.Əmənova ötən gecə vəfat edib.

Qeyd edək ki, hadisədən əvvəl əri ilə dalaşan qadın acıq edərək atası evinə gedib. Bundan sonra həyat yoldaşı onun ticarət mərkəzində işlədiyi eynək dükanına gəlib. O, evdən getmiş xanımını bıçaqlayıb.

Artıq hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb.(Publika)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.