SON XƏBƏRLƏR
27 May 2019
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
`Sovetski`nin yeni görkəmi - FOTO
CƏMİYYƏT 07:08 / 15.05.2019

Bakı Mərkəzi Parkının 1-ci hissəsində tikinti işləri başa çatdırılıb. 

Bu barədə "SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib.

Parkın birinci hissəsi bu ilin may ayının sonuna kimi şəhər sakinlərinin istifadəsinə veriləcək.

Məlumata görə, parkın bu hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq.

Qeyd edək ki, Bakının "Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülüb. Həmin layihələrdən ən əsası "Sovetski”nin yerində salınan böyük parklardan biridir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.