SON XƏBƏRLƏR
27 May 2019
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
İran üzərində qələbə üçün iki zərbəyə ehtiyac var - Senator
DÜNYA 11:56 / 15.05.2019

İran üzərində qələbə üçün iki zərbəyə ehtiyac var.

Publika.az xəbər verir ki, bu haqda Amerika senatoru Tom Kotton PBS telekanalında "Firing Line” proqramında deyib.

"Bəli, iki zərbə. Birinci zərbə və son zərbə”, - senator ABŞ-ın İranla açıq hərbi qarşıdurma halında qələbə qazana bilib-bilməyəcəyi barədə aparıcının sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, İranın ABŞ və ya onun müttəfiqlərinə hücumu belə münaqişənin başlanmasının səbəbi ola bilər.

Qeyd edək ki, Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTKOM) ABŞ ordusunun İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırdığını açıqlayıb.

"Mərkəzi komandanlıq "Sarsılmaz qətiyyət" əməliyyatı ilə koordinasiya şəklində İraq və Suriyadakı əməliyyatlarda iştirak edən bütün qüvvələr üçün güc mövqeyi səviyyəsini artırıb. Əməliyyat yüksək həyəcan səviyyəsindədir və biz ehtimal ki, bilavasitə İraqdakı ABŞ qüvvələrinə qarşı gözlənilən təhlükələri yaxından izləyirik", — deyə idarənin məlumatında bildirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.