SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
“Greencard” fırıldaqçıları sizi aldada bilər! - Səfirlik xəbərdarlıq etdi
CƏMİYYƏT 15:51 / 15.05.2019

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci ilin "Greencard” Viza lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib. 

Bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Məlumatda bildirilib ki, saxta elektron poçt və məktubların müəllifləri "Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər:

"Bundan əlavə, yerli viza təşkilatları, "Greencard” lotereyasına daxil etmək məqsədi ilə sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər.

Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir. Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz: http://www.dvlottery.state.gov”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.