SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTOVİDEO
CƏMİYYƏT 14:54 / 15.05.2019

65 yaşlı Nağı İsmayılov fərqli görünüşə malik olan avtomobilini 20 ildir ki, idarə edir. O, həmin avtomobillə ölkəmizin rayonlarını gəzməyi qarşısına məqsəd qoyub.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, "Niva” mühərriki ilə işləyən və 1973-cü il istehsalı olan "ZAZ” markalı avtomobil fərqli avtomobillərin ehtiyat hissələrindən yığılıb.  

Ağcəbədi rayonunda yaşayan qəhrəmanımız, bir-neçə ilə ərsəyə gətirdiyi avtomobilinin əksər detallarını özü hazırlayıb. Artıq 10-dan çox rayonu gəzən Nağı İsmayılov yeməyini və yataq dəstini hər yerə özü ilə aparır. Gecələr maşında yatır, gündüzlər isə yol gedir.

Onun sözlərinə görə, avtomobili almaq istəyən çox olub. Ancaq o, maşınını satmaq niyyətində deyil. Bu maraqlı avtomobili görən hər kəs ayaq saxlayır və yaxınlaşıb maraqlanır.

Nağı İsmayılov bu günə qədər avtomobilin rəngini 5 dəfə dəyişib. Bundan sonra isə daha 3 dəfə rəng dəyişəcək. Səbəbi isə, hər dəfə dəyişdiyi rəngi bir nəvəsinə aid etməsidir.

İlkin PİRANOV


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.