SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Jirinovski: Azərbaycan, Yerevan - hər şey dağılacaq
CƏMİYYƏT 18:02 / 15.05.2019

Rusiyada yaxın vaxtlarda İrandan gələcək qaçqınlar üçün kazarmalar tikilməlidir.

Bu fikirləri jurnalistlərə açıqlamasında LDPR-in lideri Vladimir Jirinovski deyib:

"On il qabaq mən bu zalda çıxış edərkən demişdim ki, İsrail İrana zərbə endirmək üçün qərar qəbul edib. Bu qərarın yerinə yetirilməsi başlanılıb. Təkcə hərbi gəmilər deyil, həmçinin, 120 mindən ibarət ordu hərəkətə keçib”.

Onun sözlərinə görə, lazımi tədbirləri hələ on il əvvəl görmək lazım idi, çünki İrandakı münaqişə Rusiyaya da təhdiddir. 

"Bu, birbaşa bizim sərhədimizdədir, bu Xəzərdir, Azərbaycan, Yerevan - hər şey dağılacaq. Milyonlarla qaçqın hər şeyi məhv edəcək... Gəlin, tez bir zamanda qaçqınlar üçün kazarmalar tikək. On il müddətində bir neçə milyon qaçqın üçün kazarma tikə bilərdik, bəs indi nə edəcəyik? Bu qaçqınlar hara gələcək? Onlar Yerevan, Bakı, Tbilisini əzəcək, daha sonra Şimali Qafqaz gedəcək. Sonra Həştərxan, Volqoqrad və Şimali Asiya”, - Jirinovski proqnozlaşdırıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.