SON XƏBƏRLƏR
17 Iyul 2019
16 Iyul 2019
15 Iyul 2019
Elmar Vəliyevin avtomobilinin nömrəsini əlindən aldılar - FOTO
CƏMİYYƏT 20:42 / 15.05.2019

Sui-qəsd olayından sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elmar Vəliyevin sevimli avtomobil nömrəsi əlindən alınıb.

İcra başçısı işlədiyi dönəmlərdə müxtəlif markalı avtomobillərinin üzərində gəzdirdiyi 20-AA-100 dövlət qeydiyyat nişanı artıq yeni icra başçısı Niyazi Bayramovun yaxın adamlarının  istifadəsindədir.

Qeyd edək ki, məlum nömrə Elmar Vəliyevin 250 min qiyməti olan "Lexus”unda idi.

Bundan başqa 20 AS, AC, AB 100-lə olan digər nömrələr də Vəliyevlər ailəsinin mülkiyyətində olub.

Məlumatda qeyd olunur ki, sabiq icra başçısının oğlu Elmir Vəliyev 20 AA 100 dövlət qeydiyyat nişanını vermək istəməsə də Gəncə Regional İmtahan Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarov həmin nişanı yeni başçının avtomobilinə verib.

Məlumatda qeyd olunur ki, sabiq başçının oğlu Vüqar Məmmədyarovu sərt ifadələrlə ittiham edib.

DİN BDYPİ -nin Gəncə Regional İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Vüqar Məmmədyarov bildirib ki, sonluğu 100 lə bitən nömrələri Vəliyevlər özü könüllü sata bilər:

"Burada hansısa qanunsuz yolla nömrə alınmasından söhbət getmir”. (yenisabah.az)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.