SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Türkiyə ilə bağlı daha bir KRİTİK QƏRAR - Tramp geri addım atdı
DÜNYA 10:15 / 17.05.2019

ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisində dəyişiklik edib.

Publika.az xəbər verir ki, prezident gömrük vergisini yarıbayarı azaldaraq 25%-ə endirib.

Bu barədə Ağ Ev yazılı açıqlama yayımlayıb. Prezidentin açıqlamasında gömrük vergisinin niyə 50%-ə çıxarılması izah olunub. Sonra bildirilib ki, əvvəlki illərlə müqayisədə Türkiyədən idxal olunan poladın miqdarında azalma müşahidə edilib. Buna görə də gömrük vergisində endirim olunub.

Qeyd edək ki, ABŞ hökuməti ötən ilin 10 avqustunda Türkiyədən idxal olunan polada 50% gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Aliminium idxalına isə 20% vergi tətbiq olunmuşdu. Türkiyə bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu bildirmiş və ABŞ-ı təşkilata şikayət etmişdi


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.