SON XƏBƏRLƏR
22 Sentyabr 2019
21 Sentyabr 2019
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
“Avroviziya”-da Azərbaycana qarşı hörmətsizlik - FOTO
CƏMİYYƏT 23:56 / 17.05.2019

Xəbər verdiyimiz kimi,İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan, "Dare to Dream” ("Arzulamağa cürət et”) şüarı ilə keçirilən "Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb.

Gərgin gecədən sonra finala vəsiqə qazanan 10 ölkənin, eləcə də, Azərbaycanın təmsilçisi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

XəzərXəbər xəbər verir ki, bu anda ekrana ölkə təmsilçimiz Çingiz Mustafayevlə Azərbaycanın "Avroviziya-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovanın görüntüsü gəlib.

Kadrlarda mikrofonun üzərindəki Azərbaycan bayrağının tərs yapışdırıldığı diqqətdən yayınmayıb.

Qeyd edək ki, ikinci yarımfinal bitəndən sonra finalçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən, Çingiz 20-ci nömrə altında çıxış edəcək. Ölkəmizi təmsil edən Çingiz Mustafayev mayın 18-də baş tutacaq böyük finalın ikinci hissəsində "Truth” mahnısını səsləndirəcək./oxu.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.