SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Azad Rəhimov ingilislərə açıqlama verdi - Bütün narazılıqlara aydınlıq gətirdi
CƏMİYYƏT 19:06 / 17.05.2019

Heydər Əliyev Aeroportu iki saat ərzində təxminən 7-10 min adam qəbul etmək imkanına malikdir. Bu bizim Azərbaycan Hava Yollarından öyrəndiyimiz rəsmi açıqlamadır. Biz Londondan Bakıya 80 çarter reysi olacağını gözləyirik.

Bunu Böyük Britaniyanın "Sky Sports” nəşrinə verdiyi müsahibədə Azərbaycan Gənclər və idman naziri Azad Rəhimov Avropa Liqasının Bakıda keçiriləcək finalı barədə danışarkən bildirib.

Nazir turistlərin viza məsələsinə də toxunaraq qeyd edib ki, onlar hava limanında çox gözlədilməyəcək:

"Bu təxminən 25-30 saniyə çəkəcək. Hava limanının tutumu ilə bağlı hər hansısa şübhə ola bilməz. AZAL rəsmiləri də bildirib ki, hava limanı çox sayda təyyarə qəbul etməyə hazırdır”.

Azad Rəhimov oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda təhlükəsizlik baxımından hər şeyin qaydasında olacağını da sözlərinə əlavə edib:

"Biz əvvəl də Bakı Olimpiya Stadionunda beynəlxalq futbol matçlarına şahidlik etmişik. Deyə bilərəm ki, stadion bu matça tam hazırdır, heç bir problem olmayacaq. Təhlükəsizlik xidmətləri ilə bağlı bizim çox sayda təlimlərimiz baş tutub. Stadionda hər hansısa pis şeyin qarşısını almaq üçün çox sayda stüardlar (matçda təhlükəsizliyi təmin edən xidməti nümayəndələr – S.M.) olacaq.

Azarkeşlərin davranışlarına əsasən şəxsi fikrimi deyə bilərəm ki, "Arsenal” və "Çelsi” fanatları düşmən deyil və Bakıda bu baxımdan ciddi problem olmayacaq”.

Nazir Avropa Liqasının finalının bakıda keçirilməsi ilə bağlı səsləndirilən narazılıqlara da münasibət bildirib:

"Niyə final Bakıda keçiriləndə belə məsələ qaldırıldı? Məsələn, futbol üzrə dünya çempionatının keçirildiyi Rusiya da Madriddən, Lissabondan uzaq idi. Bura Avropadır və hər bir şəhərin belə yarışlara meydan sahibliyi etmək şansı var. Əslində, bu, gözəl bir şeydir. İnsanlar başqa ölkələrə səfər edir, bir-birini tanıyırlar.

Əminəm ki, növbəti dəfə yarış keçirəndə belə sual yaranmayacaq. İnanıram ki, ölkəmizə gələnlər bizim qonaqpərvərliyimizə, istiqanlılığımıza və şəhərimizin gözəlliyinə görə bura yenidən qayıtmaq istəyəcək.

Xatırladaq ki, "Arsenal” – "Çelsi” matçı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.