SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
"Qida təhlükəsizliyi sahəsində hər cür əməkdaşlığa hazırıq" - Qoşqar Təhməzli
CƏMİYYƏT 01:21 / 18.05.2019

"Qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması əhalinin təhlükəsiz qida ilə təminatının yaxşılaşdırılmasına zəmin yaradır".

XəzərXəbər xəbər verir ki, bu sözləri 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının açılışında çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri qida təhlükəsizliyi sahəsində xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirmək və inkişaf etdirməkdir:

"İstəyimiz beynəlxalq təcrübələrdən yararlanaraq Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələri səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi fikir mübadiləsi aparmaqdan ibarətdir. Odur ki, qida təhlükəsizliyi sahəsində hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazır olduğumuzu bəyan edirəm".


Q.Təhməzli nəzərə çatdırıb ki, bu gün konfransda Kodeks Alimentarius standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, HACCP sisteminin tətbiqi və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi, eyni zamanda istehlakçı hüquqlarının müdafiəsi və vətəndaşların qida təhlükəsizliyi sistemində aktiv iştirakını təmin edən layihələrlə bağlı təqdimatlar nümayiş olunacaq:

"Ümid edirəm ki, bu mötəbər tədbir ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfəsini verəcək. Eyni zamanda daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına təsir göstərəcəkdir".

Qeyd edək ki, konfransda Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu (TSE), Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK), ABŞ Meriland Universiteti və ABŞ- Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanacaq.
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.