SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Bakıda dayanacaqlardan yığılan pullar hara gedir?
CƏMİYYƏT 07:10 / 18.05.2019

"Dayancaqlarda avtomobilin 24 saat saxlanılmasına görə rüsum ödənilməsi normal haldır. Ancaq biz diqqət edək, görək Azərbaycanda saxlanılma hansı meyarlar əsasında aparılmalıdır”.

Bu sözləri Milli Məclisdə çıxış edən deputat Fazil Mustafa "Yol hərəkəti qaydası” haqqında qanunun müzakirəsi zamanı deyib.

Deputat əlavə edib ki, dayanacaqlarda yığılan pullar büdcəyə daxil olmur:

"Maraqlıdır, hava limanı və avtovağzala giriş üçün vəsait ödənilir. Xarici ölkələrdə hava limanına və ya avtovağzala 20-30 dəqiqə girib-çıxanlar rüsum ödəmirlər. Hesab edirəm ki, bizim hava limanına da 20-30 dəqiqə girib çıxan insanlar da ödəniş etməməlidir. Xüsusilə, nəzərə almaq lazımdır ki, hava limanına metro işləmir, insanlar məcburdur ki, ora taksi və ya şəxsi nəqliyyatı ilə getsin. İnsanlar kimisə yola salmaq və ya qarşılamaq məqsədilə qısa müddətə hava limanına daxil olursa, ondan rüsum alınmamalıdır. İndiki halda tətbiq edilən doğru hüquqi mexanizm deyil”.

Deputat əlavə edib ki, rüsumlarla bağlı da məsələdə bəzi problemlər var və onları həll etmək lazımdır: "İnsanlar viza almaq məqsədilə səfirliklərə müraciət edir. Bu daha çox şengen vizası ilə bağlı məsələdir. Həmin qurumlar ilkin araşdırma zamanı bilir ki, viza verilməyəcək, amma ödənilən rüsumlar mənimsənilir. Hesab edirəm ki, sənəd verəndə ilkin araşdırma aparılmalı və vətəndaşa bildirilməlidir ki, ona viza verilməyə bilər”. (publika.az)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.