SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Elxan Məmmədov ingilis azarkeşlərə tövsiyyə verdi - Bakıya daha tez gəlin
CƏMİYYƏT 14:39 / 18.05.2019

"Arsenal” klubunun rəhbərliyi  yüksək xərcləri və səyahətlə bağlı çətinliklərə görə arzuolunan sayda "Çelsi” və "Arsenal” azarkeşlərinin Avropa Liqasının finalında iştirak edə bilməyəcəyi ilə bağlı gileylənib.  

Bu haqda "The Telegraph” məlumat verir

Klub rəsmiləri UEFA-ya müraciət edərək, bu qədər tərəfdarının Bakıya yollana bilməməsinin  "qeyri-məqbul” olduğunu bildirib.

UEFA bu müraciətə cavabında, fanatların səyahət xərclərinin azaldılması məqsədi ilə təşkilatın ekspertlərinin klubla ortaq çözüm axtarıb-tapmasını təklif edib.


Bu arada AFFA-nın baş katibi "The Telegraph”a verdiyi müsahibədə,  Heydər Əliyev adına Beynəlxalq Hava Limanının çox sayda futbol azarkeşini qəbul etməyə hazır olduğunu bildirib. AFFA rəsmisinin sözlərinə görə, satışda biletlər qalıb və hər iki klubun azarkeşləri onları onlayn şəkildə sifariş verə bilərlər.


E.Məmmədov "Arsenal” və "Çelsi” fanatlarının uçuşlarla bağlı pullarına qənaət etməsi üçün onlara oyun həftəsinin əvvəlində Bakıya gəlməyi tövsiyə edib.


"Azarkeşlərin əksəriyyəti matç günü gəlib, növbəti gün səhər tezdən Bakını tərk etməyə çalışır, onlar bununla hotel və gündəlik xərcləri azaltmaq istəyirlər ki, bu da başa düşüləndir. Dünyanın istənilən yerindən olan azarkeşləri qonşuluqda və ya yaxın coğrafi məkanda keçən yarışda iştirak etmək istəyən zaman belə edir. Ancaq indiki halda azarkeşlərə Bakıya erkən gəlməyi və bizim şəhərdə  xoş zaman keçirməyi təklif edirəm ”


E.Məmmədov həmçinin hər iki klub rəhbərliyini öz azarkeşləri üçün Bakıya çarter reysləri təşkil etməyi tövsiyə edib. O Bakı aeroportunun belə reysləri aşağı qiymətlə qəbul etməyə hazır olduğunu qeyd edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.