SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Vəhşi it özünü ölülüyə vurdu, aslanın əlindən qurtuldu - VİDEO
CƏMİYYƏT 09:19 / 19.05.2019

Kaftara bənzər it hiyləgərliyi sayəsində dişi aslanın dişləri arasından qurtulub.

Zimbabvenin Hvanqa Milli Parkında baş vermiş maraqlı hadisəni turistlər lentə alıb.

Bələdçi ziyarətçiləri antilop leşini yeyən vəhşi itlərin sürüsünün olduğu yerə gətirib. Gözlənilmədən yırtıcılara dişi aslan hücum edib. O, itlərdən birini ələ keçirərək, dişləri arasına alıb.

Vəhşi it hərəkəti tam dayandıraraq, əllərini aşağı sallayıb və özünü ölülüyə vurub. Qəfildən aslanın diqqətini başqa bir it çəkib və şikarını buraxaraq o birinin dalınca qaçıb. Özünü ölülüyə vurmuş it isə fürsətdən istifadə edərək, aradan çıxıb. (Oxu.az)



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.