SON XƏBƏRLƏR
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
10 Noyabr 2019
“Facebook” Polşadakı saxta xəbər səhifələrini bağlayıb
DÜNYA 15:08 / 19.05.2019

"Facebook” sosial şəbəkəsi Polşada fəaliyyət göstərən 27 xəbər səhifəsini bağlayıb.

Xezerxeber.az xəbər verir ki, buna səbəb həmin səhifələrin yersiz aqressiv xarakterli saxta xəbər yayması olub.

Sosial şəbəkənin rəsmi açıqlamasında bildirilir ki, sözügedən səhifələrin 2 milyona yaxın izləyicisi olub. Səhifələr dini və irqi mövzularda insanları çaşdıran xəbərlər dərc edirmiş.

Ümumiyyətlə, sosial şəbəkələrdə hər hansı məqsədlər üçün yaradılmış və saxta izləyicilərə malik xəbər səhifələrinin ciddi yoxlanmasına başlanılıb. Bir neçə ay bundan əvvəl Latviya üzrə də fəaliyyət göstərən bir neçə səhifə bağlanıb. İndi eyni araşdırmalar İtaliya və İspaniya üzrə aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.