SON XƏBƏRLƏR
27 Iyun 2019
26 Iyun 2019
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Ərdoğan: “Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsipləri eyni qalıb”
CƏMİYYƏT 10:46 / 20.05.2019
"Əgər bu gün beynəlxalq sahədə hücumlara, böhtan kampaniyalarına məruz qalırıqsa, bunun səbəbi bizim bu coğrafiyadakı millətimizin min illik tarixi üçün apardığımız mücadilədir”.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman bayramının 100 iliyi münasibətilə Samsunda keçirilən təntənəli tədbirdə çıxışında bildirib.

Türkiyə prezidenti hər gün bir hiylənin qarşısını aldıqlarını söyləyib: "Gənclərimizin bu böyük oyunları görmələri məni çox sevindirir. Qurtuluş Savaşımızın baş komandanı, Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürkü hörmətlə yad edirəm. Atatürk 1 əsr öncə 19 mayda Samsuna Osmanlının ən bacarıqlı zabiti kimi ayaq basıb. Türkiyənin adı, bayrağı dəyişmiş olsa da, dövlət prinsiplərinin eyni qalıb".

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.