SON XƏBƏRLƏR
16 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Dövlətə xəyanətdə ittiham edilən şəxsə 16 il iş verildi
CƏMİYYƏT 08:16 / 21.05.2019
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan 1985-ci il təvəllüdlü Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Rzaquliyev 16 il azadlıqdan məhrum edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilir. (trend)
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.