SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Səhiyyə Nazirliyi 15 bioloji qida əlavəsinə mənfi rəy verib - SİYAHI
CƏMİYYƏT 14:41 / 21.05.2019
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin aprel ayında daha bir neçə Bioloji Fəallığa Malik Qida Əlavəsinə (BFMQƏ) mənfi rəy verib.

ONA-nın AEM-ə istinadən verdiyi xəbərə görə, "Cerebromax” (Rumıniya), "Qlistofit” (Ukrayna), "Helix Plus (Türkiyə), "Altin” (Hindistan), "Ultra Vitamin C” (Böyük Britaniya), "Ultra Vitamin B Complex” (Böyük Britaniya), "Opti-Men” (ABŞ), "Sleepamin” (Rusiya), "Renistan Forte” (Türkiyə), "Helmatrex” (Hindistan), "Paksil Breyn” (Hindistan), "Hilmanil” (Hindistan), "NormoKid Phyto” (Türkiyə), "Forever B12 Plus” (ABŞ) və "Forever Multi-Maca” (ABŞ) bioloji qida əlavələrinə mənfi rəy verilib.

"Neyrosetin” kapsulu (Bolqarıstan), "İmutens PR” tableti (Türkiyə), "Nuzarto” tableti (Türkiyə) "Kidoimmuno” şərbəti (Türkiyə), "Flatus” şərbəti (Türkiyə), "Mastonatura” kapsulu (Rumıniya), Urozed kapsulu (Türkiyə), uşaqlar və böyüklər üçün "Forever Kids” tableti (ABŞ) ilə bağlı müraciətlərə isə xitam verilib.

Qeyd edək ki, AEM Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.