SON XƏBƏRLƏR
16 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Zərifdən Trampa özünəməxsus tərzdə cavab
CƏMİYYƏT 16:10 / 21.05.2019
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İranı hədələməsinə özünəməxsus tərzdə cavab verib.

AZƏRTAC xəbər verir ki, M.C Zərif özünün "Twitter” hesabında "Heç vaxt iranlıları hədələməyin. Hörmət etməyi bacarın-bu yaxşı işdir”, - sözlərini yazıb. Fikirlərini davam etdirən nazir bildirib ki, D.Tramp Makedoniyalı İsgəndərin, Çingiz xanın əldə edə bilmədiklərini etmək istəyir. Min illər boyu İran xalqı çətinliklərin öhdəsindən gəlib. Bu zaman ərzində isə işğalçılar məhv olub.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp yerli televiziyaların birinə verdiyi müsahibəsində İranı hədələyib. O bildirib ki, əgər rəsmi Tehran hərbi əməliyyata başlasa, onda İranın rəsmi qaydada sonu çatacaq.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.