SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Dövlət Komitəsi: Qız uşaqlarının sayının azalması kriminal vəziyyətə və ailə strukturuna təsir edəcək
CƏMİYYƏT 23:05 / 21.05.2019
"2017-ci ildə Azərbaycanda hər 100 qız uşağına 114 oğlan düşürdü. Təəssüf ki, 2018-ci ildə hər 100 qıza 118 oğlan düşür".

Bunu "Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda keçirilən praktik seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, ölkədə qız uşaqlarının sayının azalması ilə bağlı həyəcan təbili çalınır: "Bunun genefona mənfi təsirləri var. Bu, gələcəkdə qadınların hüquqlarının pozulmasına, kriminal vəziyyətə, ailə strukturuna təsir edəcək. Ailədə qızların sayının azalması ilə ailə institutuna yaradacaq təsiri müşahidə edirik. Söhbət ondan getmir ki, ailədə oğlan uşağı doğulmasın. Məsələ odur ki, cəmiyyətdə qızlara dəyər verilsin, ana üçüncü uşağı qız doğulsa, xəstəxanadan evə gəlmə qorxusu altında, tək uşağın cinsiyyəti barədə psixoloji problemi yaşamasın.

Uşağı abort etdirirlər, birbaşa ziyan olur. Selektiv abortlar qadınlarda xərçəng yaradır. Sonradan doğulan oğlan uşaqları da qüsurlarla doğulur. Bu yanaşmalar səhvdir, biz istəyirik ki, stereotiplər qırılsın və problemlər həll olunsun. Biz artıq həyəcan təbili çalırıq ki, ailədə, cəmiyyətdə qadına, qıza dəyər verilsin, ailədə qız dünyaya gətirən qadına təzyiq olunmasın". (ONA)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.