SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Komitədən ciddi ittiham: Qadınlara qarşı zorakılıq statistikası saxtalaşdırılır
CƏMİYYƏT 12:16 / 22.05.2019

Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistikaların saxtalaşdırılması faktlarına rast gəlinir.

Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

Onun sözlərinə görə, bu hallar zorakılıqla bağlı açılan cinayət işlərinin maddəsinin dəyişdirilməsində özünü büruzə verir:

"Məsələn, bizdə olan məişət zorakılığına məruz qalma halları ilə bağlı rəqəmlər üst-üstə düşmür. İlin ortasında Komitəyə Cinayət Məcəlləsinin 125-ci maddəsilə (intihar həddinə çatdırma) açılmış işlərlə bağlı təqribən 60 fakta dair məlumatlar daxil olur.


İlin sonunda statistikada rəqəm 37 göstərilir. Daxili İşlər Nazirliyinə zəng vurub rəqəmlərdəki fərqin səbəbini soruşanda, deyirlər ki, "araşdırmalarla açılmış cinayət işinin maddəsi dəyişdirilib”.


"Nəinki qadınlarla, ümumiyyətlə, insan amili olan proseslərdə diqqətli olmaq lazımdır. Problemləri gizlətmək yox, açmaq lazımdır. Rayonlara səfər zamanı hüquq-mühafizə orqanlarından erkən nikah, zorlama halları ilə bağlı məlumat istəyəndə tarixdən, Tomrisdən danışırlar.


Deyirəm, mənə bu lazım deyil. Mən tarixi də bilirəm, Tomrisi də tanıyıram. Mənə fakt lazımdır, zorlama, erkən nikahla bağlı fakt verin”, - deyə komitə rəsmisi qeyd edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.