SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Səfər Mehdiyev Balakəndə qəbul keçirəcək
CƏMİYYƏT 20:12 / 22.05.2019

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 25-də saat 11:00-da Balakən rayon Heydər Əliyev Mərkəzində (Səttar Gözəlov küç.1) bu rayondan olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, həmin gün saat 11:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Zaqatala rayon Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küç.1) Zaqatala rayonundan, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küç. 4) Qax rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postu (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.