SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Əhaliyə pulsuz VİAQRA PAYLANACAQ - Hökumətdən inanılmaz QƏRAR
DÜNYA 16:14 / 22.05.2019
Fransanın şimalında yerləşən Sent-Marne bölgəsinin Montereau qəsəbəsinin bələdiyyəsi maraqlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, qəsəbədə əhalinin sayının artırlıması üçün cinsi istəyi artıran dərmanlar (viaqra) paylanacaq.

Bələdiyyə sədri Yan Debouzi bu dərmanları "Uşaqsız qəsəbə ölü qəsəbədir” kampaniyası adı altında cütlüklərə pulsuz verəcək.

"The Local”ın xəbərinə görə, yerli məclis qərarı təsdiqlədikdən sonra dərmanlar paylanacaq.



Bələdiyyə sədrinin bu qərarı səhiyyə ilə bağlı müzakirələrin alovlanmasına yol açıb. Qəsəbə vətəndaşları viaqra dərmanının sadəcə həkim tövsiyəsi ilə içilə biləcəyini diqqətə çatdırır. Bələdiyyənin tibbi mütəxəssislərlə məsləhətləşmədən bu qərarı qəbul etməsinin təhlükəli ola biləcəyini bildirirlər.

Fransada əhali sayının artırılması üçün bəzi kampaniyalar həyata keçirilir. Hökumət bu çərçivədə uşaqlı ailələrə vergi endirimləri edir, iş yerləri isə valideynlərə uşaqlar 3 yaşına çatana qədər məzuniyyət verir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.