SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
`Qız qaçırma, zorla ailə qurmağa məcbur etmə halları qalır
CƏMİYYƏT 10:41 / 23.05.2019

Dünyada qadınlara qarşı zorakılıq halları insan haqlarının tam müdafiəsinin gerçəkləşdirilməsinə mane olan əsas səbəblərdən biridir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatı təqdimat mərasimində deyib.

O bildirib ki, bəzi dövlətlərdə zorakılığın qarşısının alınması üçün ayrılan vəsait ölkənin təhsil xərcləri ilə eyni və hətta daha çoxdur: "Qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması kifayət qədər vəsait tələb edir. Qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunlar daim təkmilləşdirilr, yeni maarifləndirici tədbirlər aparılır. Buna baxmayaraq, qadınlara qarşı zorakılıq halları hələ də qalır. Qız qaçırma, zorla ailə qurmağa məcbur edilmə kimi hallar zorakılıqda ən çox müşahidə edilən hallardır. Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu bütün cəmiyyətə təsir edir. Əgər qadın çalışırsa, o, zorakılıqla üzləşdikdə iş fəaliyyətini itirə bilər. Zorakılıq faktına görə hər kəs məsuliyyət hiss etməliyik".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.