SON XƏBƏRLƏR
16 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Qaçırdığı qadını vəhşicəsinə döyüb öldürdü - 16 illik həbs edildi
CƏMİYYƏT 01:19 / 24.05.2019

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Oxu.Az xəbər verir ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Xəstəyə qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adamöldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ş.Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.