SON XƏBƏRLƏR
16 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Vahid Ələkbərovun oğlu Rusiyanın ən varlı varisidir
CƏMİYYƏT 05:27 / 24.05.2019

"Forbes” jurnalı 2019-cu il üzrə Rusiyada ən varlı varislərin siyahısını açıqlayıb. 

Jurnalın rəsmi saytında dərc olunan reytinqə əsasən, "Lukoyl” kompaniyasının əslən azərbaycanlı prezidenti Vahid Ələkbərovun oğlu Yusif ardıcıl olaraq dördüncü dəfə siyahıya başçılıq edir.

Yusif 21,8 milyard dollarlıq mirasla Rusiyanın ən varlı varisi adını qazanıb.

Reytinqdə 20 ailədən 48 nümayəndə təmsil olunur. Reytinqdə adıçəkilən varislərin ümumi varidatı 238 milyard dollardır.

"Forbes” jurnalının hesablamasına görə, hazırda Rusiyada 103 milyarder mövcuddur.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.