SON XƏBƏRLƏR
16 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Azərbaycan daha bir konvensiyaya qoşulacaq
CƏMİYYƏT 03:29 / 24.05.2019

Yaxın vaxtlarda Azərbaycan "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” Avropa Şurasının İstanbul Konvensiyasına qoşulacaq.

Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ölkə rəhbərliyinin xüsusi tapşırığı əsasında sözügedən konvensiya ilə bağlı bir çox önəmli addımlar atılıb

"Azərbaycan uzun müddətdir ki, konvensiya ilə bağlı öz mövqeyini bəyan edib. Orada qeyd edilən bir çox məqamlar var ki, bütün qanunvericilik sistemini dəyişməliyik. Biz buna ciddi yanaşma göstərdik. Bütün ölkələr konvensiyaya qoşulub. Azərbaycan da bu konvensiyadan kənarda qala bilməz”.

H.Hüseynova sığınacaqların olması, "qaynar xətt”lərin yaradılması üçün vəsait ayrılmasının vacibliyini vurğulayıb:

"Bu, bildiyiniz qədər asan deyil. Hər dəfə bir başqa problemlər ortaya çıxır. Məişət zorakılığının qarşısının alınması üçün yerlər, monitorinq qrupları yaradılıb. Əsas məqsədimiz bu qruplarla yaranmış problemlərin qarşısını almaqdır”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.