SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
ABŞ Assanja qarşı yeni ittihamlar irəli sürüb
CƏMİYYƏT 16:48 / 24.05.2019

ABŞ Ədliyyə Nazirliyi Wikileaks-in yaradıcısı Culian Assanja qarşı 17 ittiham irəli sürüb. FaktXeber.com-un verdiyi məlumata görə, bütün pretenziyalar Ştatların milli təhlükəsizliyinə aid məlumatları qeyri-qanuni yolla əldə etmə və paylaşma ilə əlaqədardır. 

Bu günə qədər Amerika tərəfi Assanjı Pentaqonun kompyuter şəbəkəsini sındırma cəhdinə görə ittiham etməyi planlaşdırırdı.

Yeni ittihamlar göstərir ki, Böyük Britaniyadan ekstradisiya olarsa Wikileaks rəhbərinə kəsilən cəza daha ağır olacaq. Hər maddəyə görə onu 10 il gözləyir, bu da ümumilikdə 170 il edir, üstəlik 5 il də şəbəkəni sındırmağa görə gəlir.

Wikileaks artıq baş verənlərlə bağlı reaksiya verərək, bunu ağılsızlıq, ABŞ-da jurnalistikanın və Söz azadlığı ilə bağlı birinci düzəlişin sonu adlandırıb. 

Assanjın vəkili Barri Pollak bəyan edib ki, onun müvəkklinə qarşı cinayət işi ictimaiyyəti Amerika hökumətinin fəaliyyəti barədə xəbərdar etmək istəyən jurnalistlər üçün ciddi təhlükədir


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.