SON XƏBƏRLƏR
16 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
Səkkiz ölkə `ASAN Xidmət` modelinin tətbiqinə hazırlaşır
CƏMİYYƏT 20:21 / 24.05.2019

"2015-ci ildə BMT-yə üzv ölkələrin Dövlət Xidmətləri Forumunda dövlət xidmətlərinin çatdırılması kateqoriyası üzrə "ASAN Xidmət” konsepsiyası I yerə layiq görüldü və BMT-yə üzv olan bütün ölkələrə bu modelin tətbiqi tövsiyyə olundu. Bunun nəticəsidir ki, hazırda 8 ölkədə "ASAN Xidmət" modelinin implementasiyası ilə bağlı işlər gedir".

Bunu "MyGov" portalının təqdimatında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı beynəlxalq sazişlər imzalanıb və ciddi işlər gedir: "Gələn ay Bakıda BMT-nin növbəti Dövlət Xidmətləri Forumu keçiriləcək. Bu, dövlət agentliyinun təşkilatçılığı ilə baş tutacaq və BMT-nin Baş qərargahının Azərbaycanda keçirəcəyi ilk tədbirdir. Bu cür mötəbər tədbirin keçirilməsi üçün seçim zamanı bir sıra meyarlar nəzərə alınır. Onlar sırasında dövlət xidmətləri sahəsində görülən işlər və bu xidmətlərin əlçatanlığı da var. Bütün bunlar dövlət başçısının gördüyü işləri BMT rəhbərliyinin yüksək qiymətləndirdiyini göstərir".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.