SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
İstefa verən hakim vəkilliyə qəbul olunub
CƏMİYYƏT 14:48 / 25.05.2019
Yasamal Rayon Məhkəməsinin sabiq hakimi Aytən Mirzəzadə vəkil kimi fəaliyyət göstərəcək.

ONA-nın xəbərinə görə, A. Mirzəzadə dünən Vəkilli Kollegiyası tərəfindən keçirilən şifahi imtahan mərhələsindən keçərək vəkilliyə qəbul olunub.

Xatırladaq ki, mətbuatda yayılan informasiyalara görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.

Qeyd edək ki, 37 yaşlı A.Mirzəzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. 2005-ci ildən 2010-cu ilədək Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin mütəxəssisi, aparıcı məsləhətçisi vəzifəsində, daha sonra isə 3 il ərzində Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyib. Son 5 ildə də hakim kimi fəaliyyət göstərib.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.