SON XƏBƏRLƏR
21 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
"Arsenal" azarkeşi olan ingilis əkiz qardaşlar 73 nəfərlik heyətlə Bakıya gəlir - VİDEO
İDMAN 10:43 / 26.05.2019

"Arsenal" azarkeşi olan ingilis əkiz qardaşlar 73 nəfərlik dost qrupu ilə birliklə Avropa Liqasının Bakıda keçiriləcək finalına baxmaq üçün ölkəmizə yola düşüblər.

Xezerxeber.az-ın məlumatına görə, Britaniyanın ''South Vest Londoner'' nəşri Londonun Vansdvort əyalətində yaşayan əkiz qardaşların Azərbaycanın paytaxtına olan yol marşrutu haqqında məlumat yayıb.

Nəşr qeyd edib ki, "Arsenal"ın fanatları olan Freddi və Cemi Villiers əkizləri Bakıya gələrək final oyununu izləməyi qarşılarına məqsəd qoyublar. 73 nəfərlik heyətlə yola düşən ingilis əkizlər İstanbulda 20 saat fasilə edərək paytaxtımıza gələcəklər.

Əkizlərdən Cemi UEFA-nın final oyununun Bakıya salındığı üçün səsləndirilən tənqidlərə qarşı çıxıb. O bildirib ki, futbolun təşviqi üçün belə tədbirləri bütün bölgələrdə keçirmək lazımdır.

Bu arada, Britaniya mətbuatında mayın 29-da Bakıda keçiriləcək "Çelsi"-"Arsenal" final oyununda iştirak etməməsi səbəbindən gündəmdə olan erməni əsilli Henrix Mxitaryanla bağlı iddia yer alıb. Futbol nəşrləri Mxitaryanın Almaniyada qazandığı uğuru bir daha təkrarlaya bilməyəcəyini iddia edir. Məsələn, "Futbol Nyus 24" nəşri yazır ki, Mxitaryan 2016-cı ildə Premyer Liqaya gəldikdən sonra öz potensialını ortaya qoya bilməyib. Saytın məlumatına görə, "Borussiya Dortmund" ulduzu 3 il əvvəl "Mançester Yunayted"ə keçsə də, 2018-ci ilin yanvarında "Arsenal"a satılıb. Lakin Mxitaryan "Arsena"lın ümidini doğrulda bilməyib.

"The Sun" nəşri qeyd edib ki, belə davam etsə, "Arsenal" 30 yaşlı futbolçu ilə yollarını ayıra bilər.

Henrix Mxitaryanın Bakıda Avropa Liqasının finalına getməyəcəyi barədə açıqlaması Ermənistanda sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Armenyus.com-un məlumatına görə, Ermənistan Boks Federasiyasının mətbuat katibi Yervand Akopyan öz "Facebook" səhifəsində bu qərarı tənqid edib. O bildirib ki, Azərbaycan və UEFA-nın ünvanına səsləndirilən tənqidlər ağlasığmazdır. "Onlar bütün təhlükəsizlik təminatlarını təqdim ediblər. Mxitaryan özü getməmək qərarı verib",- deyə o bildirib. Bu statusa şərh yazan sosial şəbəkə istifadəçiləri Mxitaryanı "qorxaq" adlandırıblar və xatırladıblar ki, erməni güləşçilər Bakıda 2007-ci ildə dünya çempionatında və 2015-ci ildə Avropa oyunlarında iştirak ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.