SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
Lionda törədilən partlayışdan sonra yüzdən çox müstəntiq şübhəlini axtarır
CƏMİYYƏT 11:45 / 26.05.2019
Fransada yüzdən çox müstəntiq Lion şəhərində 13 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən şəxsi axtarır. Onların arasında 90 müstəntiq, 30 texniki mütəxəssis və yerli istintaq idarəsinin 20-yə yaxın əməkdaşı var.

Xezerxeber.az xəbər verir ki, "Figaro” qəzetinın yaydığı məlumata görə, partlayışın təhqiqatı ilə Parisin terror əleyhinə prokurorluğu məşğul olur.

Təhqiqat nəticəsində Lionda partladılan çamadanın məsafədən idarəetmə sistemi ilə təchiz edildiyi məlum olub. Video-müşahidə kameraları göstərir ki, naməlum şəxs bulka dükanına velosipedlə gəlib və çamadanı oraya qoyub. Hazırda 30-35 yaşlarında olduğu ehtimal edilən şübhəlinin axtarışı davam edir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.