SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Tərtərdə sahələrə yunan sortu olan pambıq əkilib - VİDEO
CƏMİYYƏT 12:47 / 26.05.2019

Tərtərdə sahələrə Yunanıstandan gətirilmiş pambıq çiyidləri əkilib.

Xezerxeber.az-ın məlumatına görə, rayonda sınaq məqsədi ilə pilot təsərrüfatlar yaradılıb. Həmin təsərrüfatlarda da yunan sortu olan pambıq əkilib.

Bu növün əkilməsində məqsəd yüksək məhsuldarlığa malik pambıq sortlarını yerli şəraitə uyğunlaşdırmaqdır.

Fermerlərin sözlərinə görə, yeni əkilən pambıq sortu yerli məhsullarla müqayisədə daha məhsuldar, keyfiyyətli və tezyetişəndir. Məhsul yığımı başa çatdıqdan sonra vaxt itkisinə yol vermədən növbəti əkinə də başlamaq mümkündür.

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri sahələrdə fermerlərə lazımi tövsiyələr veriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az 
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.