SON XƏBƏRLƏR
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
Bakıda oğul biznesmen atasının başını kəsib öldürdü
HADİSƏ 17:03 / 26.05.2019
Bakının Müşfiqabad qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Müşfiqabad qəsəbə sakini Şamil Əhmədov ötən gecə yatdığı yerdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Ş.Əhmədovun bıçaqla qətlə yetirildiyini müəyyənləşdiriblər. Məlumata görə, qatil bir zərbəni ürəyinə vurub, ikinci zərbəni isə boğaz nahiyəsinə endirib və mərhumun qırtlağını kəsib.

Hadisə gecə 3 radələrində baş verib. Ailə evə oğruların girdiyini, səs-küyə oyanan ailə başçısının da oğrular tərəfindən qətlə yetirildiyini bildirib. Ancaq hadisə yerini müayinə edən müstəntiq bu versiyaya inanmayıb.

Müstəntiq ilkin araşdırmadan və əl izlərini götürəndən, həmçinin ailənin ziddiyyətli açıqlamasından şübhələnib. Hüquq-mühafizə orqanı əməkdaşları hadisəni mərhumun oğlanlarının törətməsi ehtimalını təsdiqləyən şübhəli məqamların həddən artıq çox olması səbəbindən, qətlə yetirilən atanın oğlanlarını həbs ediblər.

Qəsəbədə gəzən şayiəyə görə, hadisəni mərhumun oğlanlarından birinin törətməsi istisna edilmir.

Mərhumun dəfnində də oğlanlarının iştirakına müstəntiq şərait yaratmayıb. Hazırda mərhumun yas mərasimini qohumlar və qonşular təşkil etməyə çalışır.

Qeyd edək ki, Ş.Əhmədov imkanlı adam sayılır və biznes fəaliyyəti ilə məşğul olub.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.