SON XƏBƏRLƏR
20 Iyun 2019
19 Iyun 2019
18 Iyun 2019
Tehranda gecə ziyafəti təşkil edən iki əcnəbi diplomat saxlanılıb
DÜNYA 11:47 / 02.06.2019
Tehranda gecə ziyafətində Hollandiya və İngiltərədən olan diplomatlar saxlanılıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, adlarının açıqlanmadığı bir Hollandiya diplomatı və bir İngiltərə diplomatı cümə günü səhər qadın və kişilərin iştirakı ilə keçirilən ziyafətdə saxlanılaraq polis bölməsinə aparılıb.

Diplomatların kimliyi müəyyən edilib. Onlardan izahat alındıqdan sonra sərbəst buraxılıblar. Məlumatda diplomatların kimliyi açıqlanmayıb.

Qeyd edək ki, çox sayda qadın və kişinin iştirakı ilə keçirilən ziyafət gecəsi Tehranın Velincək bölgəsində təşkil olunub.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.