SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
Gürcüstanda azərbaycanlı ər-arvad xüsusi amansızlıqla qətlə yetirildi (YENİLƏNDİ)
KRİMİNAL 09:56 / 08.06.2019

Gürcüstanın Kaspi rayonunun Xidiskuri kəndində azərbaycanlı ər-arvada silahlı basqın edən 1981-ci il təvəllüdlü Nizam Qurbanov saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, N.Qurbanov qətli intiqam məqsədilə törədib. Onu 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

***

Gürcüstanın Qardabani rayonunda xüsusi amansızlıqla qətlə yetirilən ər-arvadın kimliyi məlum olub.

Həmin şəxslər rayonun Aşağı Kəpənəkçi kənd sakinləri İskəndər Musayev və Şəfiqə Musayevadır.

Hadisənin təfərrüatı barədə hələ ətraflı məlumat verilmir.

Gürcüstanın Daxili İşlər Nazirliyində xüsusi amansızlıqla qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. Cinayəti törədən şəxs və ya şəxsləri 16 ildən 20 ilədək, yaxud ömürlük həbs cəzası gözləyir.

***

Ötən gecə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb.

Ər-arvadın sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər.

Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Onların oğlu Rusiyada yaşayır.

Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub, belə ki, evin divarında "Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Gürcüstanın Qardabani rayonunda xüsusi amansızlıqla qətlə yetirilən ər-arvadın kimliyi məlum olub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.