SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
İtaliyadan gətirdiyi ağaclardan bağ salıb, bol məhsul əldə edir - VİDEO
CƏMİYYƏT 15:31 / 08.06.2019

Goranboylu fermer Rasim Nəbiyev İtaliyadan gətirdiyi ərik, alça və şaftalı sortalarını yerli iqlimə uyğunlaşdırlaraq onlardan bol məhsul əldə edib.

Xezerxeber.az-ın məlumatına görə, yerli sortlardan tez yetişir, ilk ilində bar verir, 2-ci ildə isə bir ağacdan 25-30 kiloqrama yaxın ərik dərmək mümkündür.

Növbəti illərdə isə 1 hektar bağdan ən azı 10 ton məhsul götürmək olur.

Bağda alça dərimi yekunlaşs da, hazırda 6 sort ərik və şaftalı yetişmə ərəfəsindədir.

Ölkəmizdə yetişən ərik, alça və digər meyvələr hava şəraitinə uyğun bar verirsə, italyan sortları hər il havadan asılı olamadan yüksək məhsuldarlığı ilə seçilir. Təsərrüfat sahibi ağacları budayaraq çox hündürə qalxmasına imkan vermir. Bu həm yığımı asanlaşdırır, həm də məhsuldarlığı artırır.

Çəkdiyi əziyyətin bəhrəsini görən Rasim Nəbiyev, yetişdirdiyi meyvələri xarici bazara çıxarmağı planlaşdırır. Hazırda Gəncə və Bakı bazarlarında çıxarılan məhsul 2 - 2.50 manata təklif edilir. Ümumlikdə, 8 hektar meyvə bağı olan fermer, təsərrüfatında Kənd Təsərrüfatı Nazirliyində sertifikatlaşdırılmış 25 min çəyirdəkli meyvələrin tinglərini də becərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.