SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
Azərbaycanda dovşan təsərrüfatlarının sayı artır - VİDEO
CƏMİYYƏT 13:04 / 08.06.2019

Azərbaycanda dovşançılığa marağın artması bu sahə ilə məşğul olan təsərrüfatların sayını da çoxaldıb.

Xezerxeber.az-ın məlumatına görə, hazırda fərdi təsərrüfatlarda 160-a yaxın fermer tərəfindən 8000 dovşan bəslənir. Dovşan ətinə tələbat isə artmaqda davam edir.

Dovşan saxlamaqla məşğul olan fermerlər deyir ki, bu ətə maraq göstərənlər az deyil. Ancaq onun faydaları kifayət qədər bilinsə, müştərisi daha da çoxalar.

Dovşançılar Assosiasiyası tərəfindən bu sahənin inkişafı məqsədilə müxtəlif tədbirlər görülür. Hazırkı mərhələdə isə damazlıq, cins və seleksiya ilə bağlı problemlərin həlli istiqamətində iş aparılır.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu Dovşançılar Assosiasiyasına daha yaxşı dəstək verə bilmək üçün Türkiyədə təcrübə keçmiş gənc mütəxəssisləri işə cəlb edib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda sözügedən sahənin problemlərini daha geniş müzakirə etmək üçün konfrans keçirilib, iştirakçılara dovşan ətindən hazırlanmış təamlar təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.